Moldovada fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsi ifşa edilib.
AzerTimes xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Beş nəfər istintaqa cəlb edilib: Hamısı Moldova vətəndaşıdır. İki casus 2022-ci ilin dekabrında saxlanılıb və həbs edilib, daha üçü şübhəli şəxs statusundadır. Onlar üçüncü ölkənin xüsusi xidmət orqanlarına kömək ediblər”, – məlumatda deyilir.
Qeyd olunub ki, Moldovadan olan mühacirlərin təxribat fəaliyyətini maliyyələşdirən xarici vətəndaşlar da hüquq-mühafizə orqanlarının nəzərindədir:
“Bu qrup 2020-ci ildən istintaq altındadır. Onlar kütləvi etiraz aksiyalarının təşkilində və etnik ədavətin qızışdırılmasında iştirak edirlər”.