Moldovada atışma törədən şəxsi ömürlük həbs gözləyir

Moldovada atışma törədən şəxsi ömürlük həbs gözləyir

Moldovanın paytaxtı Kişinyovda hava limanında atəş açan şəxsi ömürlük həbs gözləyir.

AzerTimes xəbər verir ki, bu barədə Moldovanın baş prokuroru İon Muntyanu bildirib.

Hazırda onun mühafizə altında ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.

Baş prokuror əlavə edib ki, istintaq həmin şəxsin digərləri ilə əlbir olub-olmadığını araşdırır.

Teqlər: