Moldova və Rusiya arasında diplomatik savaş…

Moldova və Rusiya arasında diplomatik savaş…

Rusiya və Moldova arasında diplomatik müharibədən danışmaq tezdir.

AzerTimes xəbər verir ki, bu sözləri Moldovanın hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputatı Dorian İstrati deyib.

Onun sözlərinə görə, diplomatik müharibə səfir də daxil olmaqla, bütün diplomatik korpusun işçilərinin öz ölkələrinə geri göndərilməsidir.

Deputat qeyd edib ki, hazırda Moldova və Rusiya bu mərhələdə deyil, diplomatik müharibədən danışmaq tezdir.

O əlavə edib ki, Moldovada 30-dan çox rusiyalı diplomat akkreditə olunub.

Qeyd edək ki, Moldova bir rus diplomatını arzulanmaz şəxs elan edib və Rusiya saytlarının ölkə ərazisində yayımını bloklayıb.

Teqlər: