Moldova və ABŞ hərbçiləri oktyabrın 25-dən 30-dək birgə “Aurochs Partner” təlimləri keçirəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
ABŞ ordusunun 200-dən çox hərbi qulluqçusu manevrlərdə iştirak edəcək. Onlar Moldovanın Floresti, Falesti və Balti şəhərlərində paraşütlə tullanmalar həyata keçirəcəklər.
Təlimlərə NATO-nun “C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsi də cəlb olunacaq.
Bu il Moldovada 7 hərbi təlim keçirilib, onların bəziləri Rusiya sülhməramlılarının Dnestryanıda müşahidə zonası yaxınlığında baş tutub.