Moldova Ukraynadan elektrik enerjisi almaq üçün pul axtarır

Moldova Ukraynadan elektrik enerjisi almaq üçün pul axtarır

Moldova hökuməti Ukraynadan elektrik enerjisi idxalını artırmaq üçün vəsait axtarır.

AzerTimes xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, “Dnestryanı” ilə mövcud müqavilə uzunmüddətli olmadığından, Moldova Ukraynadan daha çox elektrik enerjisi almaq və alternativlər axtarmaq niyyətindədir.

Sandu qeyd edib ki, Vaşinqtona səfər edən ölkənin baş naziri Nataliya Qavrilitsa maliyyə yardımı ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Teqlər: