Moldovanın Mülki Aviasiya İdarəsi yerli aviaşirkətlərə Rusiyaya uçuşları bərpa etməyi qadağan edib.
AzerTimes xəbər verir ki, bunu Moldovanın baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu deyib.
Onun sözlərinə görə, müvafiq qərar təhlükəsizlik məqsədilə qəbul edilib.
O xatırladıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya hava operatorlarına verilən bütün sertifikat və icazələri dayandırıb.