Rusiyanın Moldovanın paytaxtı Kişinyovdakı konsulluğu fəaliyyətini dayandırır.
AzerTimes xəbər verir ki, bu barədə konsulluqdan məlumat verilib.
“Rusiyanın Kişinyovdakı səfirliyinin konsulluq şöbəsində müəyyən səbəblərə görə 5 avqustdan etibarən qəbul müvəqqəti olaraq dayandırılır”, – məlumatda bildirilib.
Qeyd edək ki, daha öncə rəsmi Kişinyov avqustun 15-dək Rusiya konsulluğundan diplomatların sayını kəskin şəkildə azaltmağı tələb edib.