Moldova spikeri: Lavrov şovinistdir!

Moldova spikeri: Lavrov şovinistdir!

Moldova parlamentinin spikeri İqor Qrosu Rusiya xarici işlər naziri Sergey Lavrovu şovinizmdə ittiham edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Bu, ölkəyə münasibətdə ictimai davranışın kəskin deqradasiya səviyyəsidir. Diplomatın bu cür bəyanatları ölkə ilə ünsiyyət normalarına məhəl qoymur. Bu, şovinizm və iyrənc qoxan imperializmdir”, – Qrosu bildirib.

Qeyd edək ki, S.Lavrov Qərbin Moldovanı “növbəti Ukrayna” roluna hazırladığını, NATO-ya can atan bu ölkənin Rumıniya ilə birləşməyə çalışdığını söyləmişdi.

Teqlər: