Moldova Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.
“Bu gün XİN Rusiyanın səfiri Oleq Ozerova etiraz notası təqdim edərək, Rusiyanın Moldovanın seçki prosesinə qanunsuz və məqsədyönlü müdaxiləsini qəti şəkildə pisləyib. Bu, prezident seçkilərinin və konstitusiya referendumunun nəticələrini təhrif etmək, Moldovada demokratik prosesi pozmaq cəhdi idi”, – məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. MSK-nın məlumatına görə, hazırkı Prezident Maya Sandu 55,33% səslə qalib gəlib. Moldova prezidentinin milli təhlükəsizlik müşaviri Moskvanı prezident seçkilərinin ikinci turuna müdaxilədə ittiham edib.