Moldova hakimiyyəti yenidən hava məkanını bağlamaq qərarı verə bilər.
AzerTimes xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosatiy deyib.
“Mövcud vəziyyəti nəzərə alaraq milli təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif tədbirlər görülə bilər. Raketlər Qara dəniz ərazisindən buraxıldığı üçün gələcəkdə Moldovaya da düşə bilər. Hava məkanının bağlanması qərarı bütün məsul orqanlarla məsləhətləşmələrdən sonra Fövqəladə Hallar Komissiyasının rəyi ilə qəbul edilir”, – o bildirib.
Qeyd edək ki, bu gün Qara dənizdə Rusiya gəmilərindən Ukraynaya atılan üç raket Moldova hava məkanını pozub.