Moldova: Rusiyanın hücum planına daxil deyilik!

Moldova: Rusiyanın hücum planına daxil deyilik!

Müxtəlif kanallardan gələn məlumatlara əsaslanaraq Rusiyanın planlarında Moldovaya müdaxilənin olmadığını deyə bilərəm.

AzerTimes xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatiy deyib.

“Rusiya qüvvələri Ukraynanın cənub-şərqində sabitliyimizi təmin edən məsafədə döyüşür. Hərdən ölkənin cənub bölgəsində rus raketlərinin partlayışları eşidilsə də və bu çox narahatedici olsa da, hazırda Moldova ərazisinə təcavüz və ya hərbi əməliyyatla bağlı mümkün təhlükə yoxdur.”, – deyə o bildirib.

“Bir neçə mənbədən gələn rəsmi kanallar sayəsində biz bilirik ki, Rusiyanın hərbi planlarına Moldova ərazisi daxil deyil”, – nazir əlavə edib.

Teqlər: