Moldova Rusiya vətəndaşlarına sanksiya tətbiq edir

Moldova Rusiya vətəndaşlarına sanksiya tətbiq edir

Moldova hökuməti 25 rusiyalıya sanksiya tətbiq etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bunu Moldova xarici işlər naziri Niku Popesku deyib.

Onun sözlərinə görə, söhbət əsasən Moldovaya girişin qadağan edilməsindən, Ukraynada hansısa formada hərbi əməliyyatlarda iştirak edən şəxslərin bank hesablarının və ya aktivlərinin dondurulmasından gedir.

Teqlər: