Moldova Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır.
AzerTimes xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Tvitter səhifəsində yazıb.
“Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram”, – deyə o qeyd edib.