Xəbər - Orxan Nəbiyev – Trend:
Moldovanın paytaxtı Kişinyovun meri İon Çeban koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə mer özü məlumat verib.
O bildirib ki, xəstəliyi yüngül keçirsə də, həmkarları arasında ağır vəziyyətdə olanlar var.
Qeyd edək ki, ötən gün Moldovada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb. Belə ki, son sutkada 1 916 nəfər yoluxub.
Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 209 minə yaxınlaşıb. 4 436 nəfər ölüb.