Moldova Parlamentinin sədri ölkəmizə rəsmi səfərə gəlib

Xəbər - Elçin Mehdiyev – Trend:

Fevralın 21-də Moldova Respublikası Parlamentinin sədri İqor
Qrosu ölkəmizə rəsmi səfərə gəlib.

AzerTimes xəbər verir ki, Heydər
Əliyev Beynəlxalq Hava Limanında İqor Qrosunun başçılıq etdiyi
Moldova parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci
müavini Əli Hüseynli, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev, Azərbaycanın Moldovadakı
səfiri Qüdsi Osmanov, Moldovanın ölkəmizdəki səfirliyinin müvəqqəti
işlər vəkili Nikolae Kojuhari və digər rəsmi şəxslər
qarşılayıblar.
Burada İqor Qrosu Azərbaycana səfəri barədə media nümayəndələrini
maraqlandıran sualları cavablandırdı.

Rəsmi səfər fevralın 24-də başa çatacaqdır.

Teqlər: