Moldova parlamentinin sədri Azərbaycana səfər edəcək

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycana səfər
edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkə parlamentinin mətbuat xidməti
bildirib.

Məlumata əsasən, İ.Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın
dəvəti ilə Bakıya səfər edəcək. Səfər fevralın 21-dən 23-dək baş
tutacaq.

Azərbaycanın parlamenti ilə dostluq qrupunun üzvü olan deputat
Vitali Jakot da spikerlə birlikdə Azərbaycana səfər edəcək.

Səfər zamanı İ.Qrosu Sahibə Qafarova, Baş Nazir Əli Əsədov və
Moldova diasporu ilə görüşəcək.

Teqlər: