Moldova parlamenti tarixi ələ salır – Medvedyev

Moldova parlamenti tarixi ələ salır – Medvedyev

Moldova parlamentinin spikeri İqor Qrosunun 1946-47-ci illərdəki aclığın soyqırım kimi tanınması ilə bağlı bəyanatı tarixi və sağlam düşüncəni ələ salmaqdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Müharibədən sonra SSRİ iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyildi. Baxmayaraq ki, Qrosu kimi axmaqların məntiqinə görə, bütün ölkə kökəlməkdə idi və yalnız kasıb, balaca Moldova aclıqdan yoxa çıxırdı”, – Medvesyev bildirib.

Teqlər: