Fevralın 23-də Moldova parlamentinin sədri İqor Qrosunun
rəhbərliyi altında nümayəndə heyətinin işğaldan azad edilmiş Füzuli
və Şuşa şəhərlərinə səfəri başlayıb.
Trend-in
məlumatına görə, səfər zamanı onlar Şuşa qalası, Cıdır düzü,
Bülbülün ev-muzeyi və digər tarixi yerlərlə tanış olacaq.
Qonaqlar, həmçinin Şuşada aparılan bərpa işləri ilə tanış
olacaqlar.