Moldova MDB sazişlərindən çıxacaq – Popesku

Moldova MDB sazişlərindən çıxacaq – Popesku

Moldova MDB çərçivəsində imzalanmış onlarla sazişi denonsasiya etmək prosesindədir.

AzerTimes xəbər verir ki, bu sözləri Moldovanın xarici işlər naziri Niku Popesku deyib.

Popesku səbəb kimi ölkəsinin AB-yə üzv olma hədəfini göstərib:

“Nazirliklərimiz MDB çərçivəsində imzalanmış bir çox sazişlərin aktuallığını təhlil edib. Biz siyahını tam hazırladıqdan sonra dərc edəcəyik. Xatırladığım qədər deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin xətti ilə 20-yə yaxın saziş denonsasiya olunacaq. Respublika diqqətini AB-yə daxil olmağa yönəldir, ona görə də MDB ilə imzalanmış və Avropa qanunvericiliyinə uyğun olmayan sazişlərə xüsusi diqqət yetirir”.

Teqlər: