Moldova hansını seçəcək: AB, yoxsa MDB?..

Moldova hansını seçəcək: AB, yoxsa MDB?..

Moldovanın MDB-də qalmaq üçün səbəbləri var, çünki birlik ölkələri ilə ticari əlaqələr saxlayır.

AzerTimes xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.

“MDB ölkələri ilə istehsalçılarımız üçün əlverişli olan müəyyən kommersiya əlaqələri var. Doğrudur, indi dünyanın yarısına, MDB ölkələrinə mal tədarük etmək çox çətindir. Lakin bu, bazarda qalmaq üçün praqmatik arqumentdir”, – deyə Sandu bildirib.

Bununla yanaşı, prezident MDB ölkələrinin heç də hamısının azad ticarət razılaşmasına riayət etmədiyini söyləyib.

Qeyd edək ki, bundan öncə Moldova parlamentinin spikeri İqor Qrosu ölkənin MDB-də qalıb-qalmamaq məsələsinə yenidən baxılmasını təklif etmişdi.

Moldovanın AB-yə üzvlük üçün namizəd statusu qazanması da ölkənin MDB-dəki sonrakı taleyi ilə bağlı müzakirələrə yol açıb.

Teqlər: