Moldova Ukrayna üçün nəzərdə tutulan silah və texnikanı öz ərazisində yerləşdirmir və yerləşdirməyi də planlaşdırmır.
AzerTimes xəbər verir ki, bu bəyanatı Moldova Xarici İşlər Nazirliyi yayıb.
“Rusiya Xarici İşlər Nazirliyi təəssüf ki, məlumatı internetdəki saxta xəbərlərdən alır. Moldova Respublikası neytral dövlətdir və onun qurumları neytrallıq prinsipinə riayət etməyə davam edəcək”, – bəyanatda bildirilib.
Qeyd edək ki, Ukraynanın F-16 təyyarələrinin Moldovada yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Buna görə Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.