Moldova enerji böhranına düşərsə… – Zelenski

Moldova enerji böhranına düşərsə… – Zelenski

Moldova enerji böhranına düşərsə, Ukrayna bu ölkəni dəstəkləyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Odessada Ukrayna-Cənub-Şərqi Avropa sammitinə həsr olunmuş brifinqdə bildirib.

“Dnestryanı böhran məsələsinə gəlincə, biz Moldovaya kömək etmək üçün hər şeyi etməyə hazır idik ki, bu böhrana görə Kişinyova və müvafiq olaraq prezident Maya Sanduya təzyiq olmasın. Biz başa düşürdük ki, bunlar Rusiyanın süni addımlarıdır…”, – Zelenski deyib.

Teqlər: