Moldova cənubdakı neft yataqlarına nəzarəti ələ keçirir

Moldova cənubdakı neft yataqlarına nəzarəti ələ keçirir

Moldova hökuməti ölkənin cənubundakı qaz və neft yataqlarını nəzarətə götürəcək.

AzerTimes xəbər verir ki, bununla bağlı təşəbbüs respublika parlamenti tərəfindən təsdiqlənib.

Qanun layihəsi Kantemir rayonunun Viktorovka kəndindəki qaz yataqlarına və Cahul rayonunun Valen kəndindəki neft mədənlərinə aiddir:

“Parlament ölkənin cənubundakı təbii qaz və xam neft yataqlarının istismarı ilə bağlı aktivlərin hökumətin nəzarətinə keçməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib”, – məlumatda deyilib.

Teqlər: