Moldova azərbaycanlını Rusiyaya ekstradisiya etdi

Moldova azərbaycanlını Rusiyaya ekstradisiya etdi

Moldova Leninqrad vilayətində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Vüsal Vahid oğlu Əliyevi Rusiyaya təhvil verib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

“Həmin şəxs qətl, xuliqanlıq, silah alveri və adam öldürməyə cəhddə şübhəli bilinir. O, 2021-ci ilin fevralında Leninqrad vilayətinin Şlisselburq şəhərində kafenin yaxınlığında baş verən atışmada iştirak edib. Atışma nəticəsində bir nəfər ölüb. Şübhəlinin Rusiyanı tərk etdiyini müəyyən edilib, onu beynəlxalq axtarışa veriblər. Məlum olub ki, həmin şəxs Moldovadadır. Rusiya Baş ProkurorluğuMoldovanın səlahiyyətli orqanlarına sorğu göndərib və sorğu təmin edilib. Şübhəli şəxs Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib”, – o bildirib.

Xatırladaq ki, Şlisselburq şəhərindəki kafedə silahlı şəxslər arasında atışma ıblar. Atışma nəticəsində 39 yaşlı Qabil Rəşidov dünyasını dəyişib.

Teqlər: