Moldova Azərbaycan qazını almaqda maraqlıdır

Moldova Azərbaycan qazını almaqda maraqlıdır.

Trend xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində
moldovalı ekspert Andrey Damaşkan Moldovanın baş nazirinin müavini,
xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popeskunun bu
həftə Bakıda enerji məsələləri üzrə apardığı danışıqları şərh
edərkən deyib.

Onun sözlərinə görə, Moldova Azərbaycandan Trans-Anadolu qaz
kəməri (TANAP) vasitəsilə Gürcüstandan Türkiyəyə ötürülən qazdan
ala bilər.

“Texniki cəhətdən bu kəmərdən qazı Bolqarıstan və Rumıniyadan
keçən Trans-Balkan kəməri ilə respublikamızın sərhəddinə çəkmək
mümkündür. Lakin buradakı nəqliyyat məsələsi olduqca
əhəmiyyətlidir, həcm baxımından tadarükün qiyməti bu boru
kəmərlərinin müxtəlif hissələrinə nəzarət edən bir neçə operatorla
razılaşdırılmalıdır. Hazırda dünyada tələbat çox yüksək olan qazın
sərfəli qiymətlə alışı ilə bağlı razılaşmaq çətin olacaq”, – deyə,
ekspert bildirib.


Eyni zamanda, Damaşkan Kişinyovun bu danışıqları apararkən qazın
“svop” mübadiləsinə ümid etdiyini də istisna etməyib.

“Tutaq ki, Avropada hər-hansı bir tərəfdən Azərbaycan qazı
alınır. Müəyyən şərtlər daxilində siz daşımalara qənaət edərək,
mövcud həcmləri sərfəli şəkildə dəyişdirə bilərsiniz”, – ekspert
vurğulayıb.

Xatırladaq ki, Moldova Energetika Nazirliyi Azərbaycanla qaz
təchizatı sahəsində əməkdaşlıq etməyi planlaşdırdığını
bildirib.

Teqlər: