Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin üçüncü rübündə Macarıstanın “MOL Group” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə əsaslı xərcləri 37,4 milyon dollar təşkil edib və ötən ilin eyni dövrü (42,5 milyon dollar) ilə müqayisədə .12 faiz azalıb.
Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, şirkətin blok üzrə digər xərcləri 0,5 milyon dollar olub.
2021-ci ilin birinci rübündə şirkətin AÇG-yə xərcləri 44,1 milyon dollar, ikinci rübündə 36,4 milyon dollar təşkil etmişdi.
Qeyd edək ki, “MOL Group” “Azəri-Çıraq-Günəşli” blokunda payın satın alınması üzrə sazişi 2020-ci ilin aprelində imzalayıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)