MOK-un İcraiyyə Komitəsinə üzv seçilmək mənim üçün böyük qürur və məsuliyyətdir – Könül Nurullayeva

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilmək mənim üçün böyük qürur və məsuliyyətdir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə idmanın inkişafı ölkəmizdə daim dövlətin diqqət mərkəzindədir:


“Elə bu səbəbdəndir ki, ölkəmiz ən mötəbər idman yarışlarına ev sahibliyi etmiş, bu sahədə dünyada böyük nüfuz qazanmışdır. MOK-un İcraiyyə Komitəsinə üzv seçilmək mənim üçün böyük qürur və məsuliyyətdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, eyni zamanda səsvermədə iştirak edən MOK-un hər bir dəyərli üzvünə mənə göstərdikləri etimada görə dərin minnətdarlığımı bildirirəm. Uzun illər idman sahəsində, o cümlədən MOK-da çalışmış biri kimi söz verirəm ki, bundan sonra da ölkəmizdə idmanın inkişafı üçün əlimdən gələni əsirgəməyəcək, həmçinin yerli və beynəlxalq idman tədbirləri üzrə fəaliyyətimi genişləndirərək, doğma Azərbaycanımın təbliğatı istiqamətində var gücümlə çalışacağam”, – deyə deputat bildirib.

Qeyd edək ki, dekabrın 16-da MOK-un VIII Hesabat-seçki Baş Məclisinin iclasında İcraiyyə Komitəsinin seçkiləri keçirilib. Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Mariana Vasileva və Ramil Hacı ilə birlikdə millət vəkili Könül Nurullayeva da komitənin üzvü seçilib.

Teqlər: