Modi Putindən onları tələb edəcək! – Dehli

Modi Putindən onları tələb edəcək! – Dehli

Hindistanın Baş naziri Narendra Modi iyulun 8-9-da Moskvaya səfəri zamanı Vladimir Putindən aldadılaraq Ukraynaya qarşı müharibəyə sövq edilən hindlilərin vətənlərinə qayıtmasını tələb edəcək.

AzerTimes xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra deyib.

O əlavə edib ki, Hindistan tərəfinin göstərdiyi səylər sayəsində artıq 10 hindistanlı Ukraynadakı müharibədən geri qaytarılıb.

Qeyd edək ki, son aylarda Rusiya hakimiyyətinin hindliləri fırıldaq yolu Ukraynadakı hərbi əməliyyatlara cəlb etməsi barədə məlumatlar yayılıb.

Teqlər: