Hindistanın Baş naziri Modi istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunur ki, prosedura əsasən, Hindistan Prezidenti Draupadi Murmu Modinin və onun kabinetinin istefasını qəbul etməli və onlardan yeni hökumət formalaşana qədər vəzifələrini davam etdirmələrini istəməlidir.
Xatırladaq ki, son parlament seçkilərində Modinin partiyasının rəhbərlik etdiyi koalisiya qalib gəlib.