Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Cozef Baydeni ölkəsinə səfər etməyə çağırıb.
AzerTimes-ın məlumatına görə, bunu iki ölkə liderinin görüşündən sonra Hindistanın xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla deyib.
O bildirib: “Baş nazir Narendra Modi prezident Cozef Baydeni Hindistana dəvət edib. Prezident C.Bayden minnətdarlıq cavab verib. Biz yaxın gələcəkdə ABŞ prezidentinin səfərini səbirsizliklə gözləyirik”.