ABŞ-ın “Moderna” şirkəti koronavirusa qarşı peyvəndin altı aydan 12 yaşa qədər olan uşaqlar üzərində sınaqlarına başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Moderna” elan edir ki, bu gün altı aydan 12 yaşa qədər bir qrup uşağa iştirak etdiyi sınaqlar çərçivəsində peyvəndin ilk dozası vurulub”.
Məlumata əsasən, bu yaş qrupundakı klinik sınaqlar “ABŞ və Kanadada sağlam uşaqlar” arasında keçiriləcək.
Qeyd edilir ki, bu mərhələdə mütəxəssislər peyvəndin təhlükəsizliyini və effektivliyini öyrənmək niyyətindədirlər.