Möcüzə baş verməsə, Ukrayna bu şəhəri itirəcək

Möcüzə baş verməsə, Ukrayna bu şəhəri itirəcək

Ukrayna Silahlı Qüvvələri Avdeyevkada ciddi problemlərlə üzləşib və yalnız möcüzə Ukrayna Silahlı Qüvvələrinə bu şəhər üzərində nəzarəti saxlamağa imkan verəcək.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Velt” nəşri məlumat yayıb.

“Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının əks hücumu kimi bir möcüzə baş verməsə, Avdeyevka yıxılacaq”, – məlumatda deyilir.

Qeyd edilib ki, şəhər uğrunda döyüşdəki vəziyyət Ukrayna silahlı qüvvələrinin aşağı hazırlığını ortaya qoyur.

Həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ehtiyat və rotasiya çatışmazlığı, artilleriya mərmiləri və hərbi texnika çatışmazlığı və Rusiya Hərbi Hava Qüvvələrinin aşkar üstünlüyü kimi bir sıra problemlərlə üzləşib.

“Espanyola” dəstəsinin əsgərləri Avdeyevkanın tezliklə rus ordusunun nəzarətinə keçə biləcəyini bildiribilər. Döyüşçülərin sözlərinə görə, hazırda şəhər uğrunda qızğın döyüşlər gedir.

Ukraynalı komandir Aleksandr Tarnavski Rusiya Silahlı Qüvvələrinin Avdeyevka bölgəsində üçüncü hücum dalğasına başladığını açıqlayıb. O qeyd edib ki, Rusiya aviasiyası Tavriya istiqamətində 11 zərbə endirib.

Teqlər: