Mobil telefonlardakı hava proqnozu çox vaxt göstərilənləri əks
etdirmir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev
Trend-ə bildirib
ki, telefonlardakı və müxtəlif elektron qurğularda hava proqnozları
vətəndalarımız arasında çaşınlıq yaradır.
“Bu proqram istehsalçılar tərəfindən hazırlanmış rəqəmsal
proqramlardır. Onlardan ötürülən məlumatlar bizim tərəfimizdən
verilmir. Biz bu məlumatların düzgünlüyünə təminat vermirik. Ancaq,
həmin proqnozlara da baxılır və təhlillər aparılır. Bir çox
hallarda bizim proqnozlarla elektron qurğulardakı məlumatlar
üst-üstə düşmür. Bizim proqnozlar ETSN-nin saytında daimi olaraq
yenilənərək yerləşdirilir. Gələcəkdə bizdə də belə bir proqramın
yaradılması nəzərdə tutulur.” – deyə baş hidroloq bildirib.