Mobil telefonlar ucuzlaşacaq – Millət vəkili

Mobil telefonlar ucuzlaşacaq – Millət vəkili

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olundu. Dəyişikliklərə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

Bayramovun sözlərinə görə, dəyişikliklər sosial xarakter daşıyır:

“Belə ki, qeydiyyata alınmasına görə rüsumun bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manatdan 70 manata və bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata endirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, dəyişikliklər qəbul olunandan sonra bahalı mobil telefonların qeydiyyat rüsumu 150 manat yox, 100 manat olacaq. Qiyməti ucuz olan telefonlar üçün daha aşağı rüsumlar ödəniləcək. Bu mobil telefonların maya dəyərini müəyyən qədər azaltmaqla yanaşı, vətəndaşların da xərclərinin azalmasına gətirib çıxaracaq”.

Teqlər: