Mobil telefonla qaz kartına necə pul yükləmək olar? (FOTO)

Bu gün sizə “Azəriqaz” İstehsalat Birliyinin yeni tərtib etdiyi
“Gallus” kartlarının “NFC” təminatı olan telefonlarda necə və hansı
proqram təminatı ilə yükləmə qaydasını izah edəcəyik.

Qeyd etdiyimiz kimi, yalnız “NFC” təminatı olan telefonlarla
“Gallus Pay” kartla yükləmə əməliyyatı etmək olur, yəni heç bir
yerə getmədən “Smart Gallus Pay” sayğaclardan ödəniş əməliyyatı edə
bilirik. Bunun üçün ilk olaraq “Play Market” və ya “App Store”dan
“E Manat+” proqramı yükləyirik. “E manat+” proqram təminatını
açırıq, “ödəniş et” bölməsinə seçirik. “Kommunal Azəriqaz” və “Azəriqaz Gallus pay” pəncərəsinə daxil oluruq. Kartı telefonun alt
hissəsinə tutduqda kartda olan məlumatlar telefonda əks olunur.
Sayğacın nömrəsi, abonent kodumuz və ödəniş növü qeyd olunur.
Ödəniş növünü seçərək “davam et” düyməsi, ondan sora məbləği daxil
edirik. Yenidən “davam et” düyməsinə basırıq. Beləliklə kartın
məlumatları əks olunur. Biz kartın nömrəsini, istifadə müddətini və
cvv kodunu qeyd edərək qeyd etdiyimiz məbləğin “ödə” düyməsini
sıxaraq istədiyimiz məbləği karta köçürmüş oluruq. Məlumat üçün
bildiririk ki, yaxın günlərdə əvvəlcədən ödənişli smart tipli
ZENNER sayğaclarda da bu tətbiq aktivləşdiriləcək.

Teqlər: