Mobil telefonla keçirilən koronavirus testi hazırlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransada Lill Universitetinin alimləri koronavirus testini mobil telefon vasitəsilə keçirmək imkanı verən qurğu yaradıblar.

AzerTimes-ın məlumatına görə, qurğu telefona qoşulan fleş-diski xatırladır.

Testin verilməsi üçün həmin qurğunun üzərinə burundan yaxma götürmə yolu ilə alınmış bir neçə damcı yerləşdirmək lazımdır. Qurğuda olan ötürücü virusun olub-olmamasına reaksiya göstərir.


Qeyd olunur ki, testin nəticəsi 10 dəqiqə ərzində telefonun ekranında peyda olur. Mütəxəssislər qeyd edir ki, həmin qurğu 90 faiz hallarda virusun mövcudluğunu müəyyən edə bilər.

Qurğu artıq kliniki sınaq mərhələsini keçib. Mart ayında həmin testlərin istehsalının başlanması planlaşdırılır.