Mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri
açıqlanıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumatına görə, informasiya və rabitə
sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci ilin
yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş
xidmətlərin dəyəri real ifadədə 10,6 faiz artaraq 196,6 milyon
manat təşkil etmişdir ki, onun da 76,4 faizi əhali tərəfindən
istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 83,7 milyon
manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.