Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir – İdarə rəisi

Xəbər - Samir Əli – Trend:

Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir. Bunu xüsusi olaraq qeyd etmək lazımdır.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

“Mobil notariat tətbiqindən bu günə qədər artıq 200 minə yaxın insan istifadə edir. Hər gün 500-dən artıq ayrı-ayrı sənəd bu tətbiq vasitəsilə təsdiq olunur. Bu istiqamətdə yeniliklər davam edəcək və ictimaiyyətə bu barədə də məlumat veriləcək”, – deyə idarə rəisi bildirib.

O qeyd edib ki, hazırda mobil notariat tətbiqi vasitəsilə bütün kommunal xidmətlərin yeni mülkiyyətçi adına keçirilməsi prosesini bir addımla etmək mümkündür. Yaxın zamanda biz banklarla bu istiqamətdə yaradılacaq yeni proqram barədə də geniş məlumat verəcəyik.