Xəbər - Sədrəddin Ağcayev – Trend:
Mərkəzi Bank və digər strukturların həyata keçirdiyi islahatlardakı fərqlər yeni mobil bankçılığın formalaşdırılmasına çətinliklər yaradır.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı onlayn tədbir zamanı deyib.
O bildirib ki, ABA-nın əsas strategiyası xüsusi mobil bankçılıq platformalarının və maliyyə institutlarının bu sahəyə inteqrasiyası üçün imkanların yaradılmasıdır.
Onun sözlərinə görə, Azərbaycanda elektron kommersiyanın həcmi 2017-ci ildən etibarən əhəmiyyətli dərəcədə artıb və 3,7 milyard manat təşkil edir.
“İslahatların fərqi ilə əlaqədar onların təkmilləşdirilməsi və uyğunlaşdırılması ilə əlaqədar işlər aparılır”.
(Tərcümə: Orxan Nəbiyev)