MN-nin giziri məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Teqlər: