MN-in baş direktoru Krosetto ilə görüşdü

MN-in baş direktoru Krosetto ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər: