Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar.
AzerTimes xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
“Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Erməni sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik”, – MN rəsmisi əlavə edib.