Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır.
AzerTimes-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
“Bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanıb.