Aprelin 29-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində nazirliyin vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin müxtəlif müəssisə və təşkilatlarından cəlb olunan zabit heyəti kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıb.
Təcrübələrin toplanılması və öyrənilməsi, analiz metodları, qiymətləndirmə və digər mövzulara dair sindikatlar keçirilib.