MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu

MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi üzrə təqsirləndirilən nazirliyin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov həbs edilib.

AzerTimes Report-a istinadla xəbər verir ki, xəbər verir ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsində təqdimata baxılıb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Cəfərov ötən il dekabrda hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Teqlər: