Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Seyfəli poliqonunda 7-13 oktyabrda istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.