MMA döyüşçüsü təklənib döyüldü – Video

MMA döyüşçüsü təklənib döyüldü – Video

Dağıstanda MMA döyüşçüsü Zəlimxan Yusupov idman zalında bir neçə şəxs tərəfindən döyülüb.

AzerTimes xəbər verir ki, bu barədə onun döyüş yoldaşı Maksim Divniç məlumat yayıb.

“Zəlimxan Yusupova hücum edildi. Hətta birində tapança da var idi. Dava Xadis İbrahimovla MMA turniri ilə bağlı yaranan mübahisədən sonra baş verib”, – deyə Divniç bildirib.

Qeyd edək ki, Zəlimxan Yusupov 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında iştirak edib. Sərbəst güləş turnirində Tacikistan yığmasının heyətində çıxış edərək 11-ci yeri tutub.

Teqlər: