Xəbər verdiyimiz kimi, Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
AzerTimes Ajans.az-a istinadla xəbər verir ki, bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Ceyhun Əşrəf oğlu Xəlilzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.
Məlumata görə, Ceyhun Xəlilzadə MMA döyüşçüsü olub. O, bir neçə yerli və beynəlxalq turnirlərdə işitirak edib.
Vəfat edən şəxsin qohumu da Tik Tok platformasında paylaşım edib. O qeyd edib ki, C. Xəlilzadə MMA çempionu olub və yaşadığı evdəki kirayəşinlər tərəfindən bıçaqlanıb.