Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılır.
AzerTimes xəbər verir ki, Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi parlamentin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Komissiyanın tərkibinə yeni üzv əlavə ediləcək. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alacaq.
Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib.
Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə idi:
1. Ağamalı Fəzail Rəhim oğlu,
2. Həsənov Nurlan Urfan oğlu,
3. Həsənova Afət Əbil qızı,
4. İbrahimqızı Məlahət İbrahim qızı,
5. İbrahimov Eldar Rza oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Möhbalıyev Səttar Suliddin oğlu,
10. Musayev Madər Əliəsgər oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.