MM-də hesabat: Hərbi Prokurorluq ləğv edilsin!

MM-də hesabat: Hərbi Prokurorluq ləğv edilsin!

Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və Hərbi Prokurorluq idi. Casusluq dosyesindənsə, ən çox ziyan çəkən dövlətdir.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Tərtər işi” ilə bağlı hesabatında deyib.

O bildirib ki, bunlara baxmayaraq, İlham Əliyev düşmənlərin planlarına qalib gəldi:

“İstintaqın əlinin çatmadığı yüzminlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq, düşmənə əsir düşmədilər. İstintaqsa onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın. Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən Qələbəmizdən sonra görün, hansı təxribatlar hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Azad torpaqlara elələri ilə getmək mümkün deyil. Ona görə də Hərbi Prokurorluğu ləğv edib, “Tərtər işi”ni ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək lazımdır – MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlatmaqda fayda var. Zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir”.

Teqlər: